“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 noyabr 2019-cu il tarixli, F – 703 nömrəli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 19.12.2019-cu il F – 483 nömrəli əmrlərinə uyğun olaraq “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirildi. Əvvəlcədən müəyyənləşdirilmiş mütaliə ilə məşğul olan 17 nəfər VIII, IX,X və XI sinif şagirdləri tədbirdə iştirak edirdi. Onlar vahid formada hazırlanmış blanklarda mütaliə etdikləri əsərlər. onların müəllifləri, oxuduqları əsərlərin ideya və məzmunu, tərbiyəvi əhəmiyyəti haqqındakı bəndlərdə qeydlər etdilər. Komissiya üzvlərinin yekdil rəyi ilə 11 “B” sinif şagirdi Allahverdiyeva Nərmin Eynulla qızının növbəti mərhələdə iştirakı münasib görülmüşdür.