“İmadəddin Nəsimi – 650” adlı ədəbi – bədii gecə olmuşdur

Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli sərəncamına və “Müasir dövrdə daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019/2020-ci tədris ili üçün Fəaliyyət Planının 2.1.5-ci bəndinə uyğun olaraq məktəbdə silsilə tədbirlər həyata keçirilmişdir. İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar yekun tədbir “İmadəddin Nəsimi – 650” adlı ədəbi – bədii gecə olmuşdur. Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əhmədova Arzu tərəfindən hazırlanmış, VI, VII, IX və X sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Tədbirdə şagird təqdimatları səsləndirilmiş, videoçarx nümayiş etdirilmiş, “Nəsimi” bədii filmindən fraqment göstərilmiş, şagirdlər tərəfindən şairin qəzəlləri həm Azərbaycan , həm də rus dilində ifa olunmuşdur. Tədbiri Sami Yusifin “Nəsimi” adlı mahnısı ilə yekunlaşdırılmışdır. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak etmişdir.