“Qış nağılı” adlı bədii – musiqili tədbir keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.16-cı bəndinə əsasən azərbaycançılıq məfkurəsinin təbliği məqsədilə və  illik fəaliyyət planının 1.3.11-ci bəndinə əsasən şagirdlərin mütaliə vərdişlərinin və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə “Qış nağılı” adlı bədii – musiqili tədbir keçirilmişdir.  Tədbirdə şagirdlərə  Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi barədə geniş məlumat verilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulanıb. Həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb.

Bundan başqa şagirdlər müxtəlif nağıl qəhrəmanlarının obrazlarını canlandırmış, müxtəlif səhnəciklər göstərmişlər.

Şaxta baba və qar qızın gəlişi hamının sevincinə səbəb oldu. Onlar uşaqlarla birgə mahnılar ifa etdilər, rəqs etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi