Görkəmli şair Tofiq Bayramın 85 illik yubileyi ilə əlaqədar ədəbi – bədii tədbir keçirilmişdir

Dekabrın 24-də məktəbin illik fəaliyyət planının 1.3.13-cü bəndinə əsasən məktəblilərinin mütaliə vərdişlərinin təkmilləşdirmək və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına nail olmaq məqsədilə görkəmli şair Tofiq Bayramın 85 illik yubileyi ilə əlaqədar ədəbi – bədii tədbir keçirilmişdir. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mehdiyeva Şəhla tərəfindən hazırlanmış, VI,VII və X sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə şagirdlər şairin həyat və yaradıcılığı haqqında məlumat vermiş, şeirlərini söyləmiş, onun şeirlərinə bəstələnmiş musiqiləri ifa etmiş, şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilmişdir.

X sinif şagirdi Əhmədov Röyalın sazda solo ifası tədbirlər iştirakçıları tərəfindən xüsusi çoşqu ilə qarşılandı.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişdirlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi