“Boyalarda yaşayan ömür” adlı tədbir keçirilmişdir

Dekabrın 24-də “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı” tədbirlər haqqında  və məktəbin illik fəaliyyət planının 2.1.3-cü bəndinə uyğun olaraq xalq rəssamı Səttar Bəhlulzadənin 110 illiyinə həsr olunmuş “Boyalarda yaşayan ömür” adlı tədbir keçirilmişdir. Tədbir rəsm müəllimi Quliyeva Qızbibinin təşkilatçılığı və VIII və IX sinif şagirdlərinin iştirakı ilə keçirildi.

Tədbirdə şagirdlər tərəfindən rəssamın həyat və yaradıcılığına həsr olunmuş Azərbaycan və rus dillərində təqdimatlar, onun yaradıcılıq fəaliyyətini əks etdirən sənədli film, dahi sənətkarın rəsmlərindən  ibarət videoçarx nümayiş etdirildi. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi