Nəbi Xəzrinin 95 illik yubileyi münasibəti ilə ədəbi – bədii gecə keçirilmişdir

Fəaliyyət planının 1.4.3- cü bəndinə əsasən “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fəaliyyət planı”nın 2.1.3 bəndinə əsasən və məktəbin tədbirlər planına uyğun olaraq dekabrın – 19 da Nəbi Xəzrinin 95 illik yubileyi münasibəti ilə ədəbi – bədii gecə keçirilmişdir. Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hümmətova Ruhəngizin təşkilatçılığı və VI, VII, VIII, XI sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir.
Tədbirdə görkəmli şairin həyat və yaradıcılığı haqqında məlumat verilmiş, şeirləri ifa edilmiş, şeirlərinə bəstələnmiş mahnılar oxunmuş, rəqslər, şairin yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Tədbirdə şagirdlər, valideynlər və müəllimlər iştirak etmişdilər. Tədbirdə iştirak edən məktəbin direktoru Elmira Ələkbərova və tərbiyə işləri üzrə direktoru müavini Beyzadə Nuruyev tədbir haqqında fikirlərini söyləmişlər.