“Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirilmişdir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26 noyabr 2019-cu il tarixli F – 448 nömrəli əmrinə “Valideynin məktəbdə bir günü” adlı layihənin həyata keçirilməsi, valideynlərin övladlarının təhsil aldıqları müəssisə yaxından tanışlığı məqsədilə məktəbdə tədbir keçirilmişdir. Saat 9 : 00 – da başlanan tədbir valideynlərlə görüşlə start götürdü. Görüşdə məktəbin direktoru Elmira xanım Ələkbərova tədbirin məqsəd və məzmunu haqqında məlumat verdi. Sonra valideynlər laboratoriya, fənn kabinetləri, idman zalı, bufeti gəzərək şagirdlər üçün yaradılmış şəraitlə tanış oldular.
Daha sonra valideynlər üçün “Bullinq nədir” adlı seminar keçirildi. Seminarı Tİ direktor müavini Beyzadə Nuruyev apardı. Seminarda bullinq nədir, bullinqə uğramış şagirdlərə kömək və reabilitasiya zamanı valideyn və pedoqoji kollektivin rolu haqqında söhbət açıldı, valideynlərin rəyləri öyrənildi.
Bədii hissədə ibtidai sinif şagirdləri mahnı, şeir və rəqslə valideynlər qarşısında çıxış etdilər.
Valideynlər tədbirlərlə bağlı rəy və təkliflər öz fikirlərini qeyd etdilər.