“Şagirdlərin peşəyönümü, şərtləri və perspektivləri adlı tədbir keçirilmişdir

Suraxanı rayon Məşğulluq idarəsinin birgə iştirakı ilə “Şagirdlərin peşəyönümü, şərtləri və perspektivləri adlı tədbir keçirilmişdir. Tədbirdə rayon Məşğulluq Mərkəzinin əməkdaşı və psixoloq, tərbiyə işləri üzrə direktor müavini və IX və X sinif şagirdləri iştirak etmişdir. Tədbirin əsas məqsədi gələcəkdə şagirdlərin peşə seçərkən düzgün istiqamət götürməsi, istedad və qabiliyyətlərinə uyğun peşə seçmələri, seçdikləri peşələrin gələcəkdə uğur qazanmaları və maddi təminatını idi. Tədbir maraqlı diskusiya və psixoloq şagirdlərin fikir mübadiləsi ilə davam etdi.