Səməd Vurğunun "Azərbaycan" şeiri təhlil olunub

      Noyabrın 7-də Azərbaycan dili müəllimi Məlahət Alməmmədovanın rəhbərliyi ilə 7"B"  sinfində Səməd Vurğunun "Azərbaycan" şeiri təhlil olunub. Qeyd olunub ki, S.Vurğun azərbaycanlı olması ilə hər zaman fəxr edən, qürur duyan, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, mədəniyyətini, adət və ənənələrini getdiyi ölkələrdə layiqincə təqdim etməyi bacaran bir şəxsiyyət olub.

      Səməd Vurğunun "Azərbaycan" şeirinin hər bəndində tariximizin təbliğatı var. Qədim insan məskənlərindən, qədim mədəniyyətlərin yarandığı yerlərdən biri olan Azərbaycan şairin yaradıcılığının ilhamverici qüvvəsi olub həmişə. "Azərbaycan" şeiri dövlətimizə, mədəniyyətimizə xidmət edən, onu təbliğ etməyə hesablanan bir şeirdir. Bu gün üçün də aktual səslənir. İndi də vətənpərvərlik, insana, vətənə, torpağa sevgi hissləri yaradır.Mövzu ətrafında fikirlər dinlənilib, təhlillər aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi