Təsviri incəsənət fənnindən açıq dərs

21.12.2022- ci il tarixində 84 nömrəli tam orta məktəbin 2"B" sinfində ibtidai sinif müəllimi Ağayeva Aygün Təsviri-incəsənət fənnindən "Rəngarəng mənzərələr" mövzusunda nümunəvi dərs keçib.
Məqsəd şagirdləri təsviri- incəsənətin mənzərə janrı ilə tanış etmək, onlarda həmin janrda olan təsvirləri fərqləndirmək və rəngli karandaşlar vasitəsilə sadə mənzərə təsviri yaratmaq bacarıqları formalaşdırmaq idi.Digər məqsəd isə görkəmli rəssamımız Mikayıl Abdullayev və onun əsərləri ilə tanış olmaq olmuşdur.Şagirdlər rəssamın "Dağlar" və "Mənzərə" əsərlərindəki rəng çalarlarını təhlil edərək öz fikirlərini bildirdilər.
Kiçik qruplarla iş formasından istifadə olunmuş dərsdə şagirdlər fəaliyyət və bacarıqlarına görə qiymətləndirildilər.Yaradıcı tətbiqetmədə şagirdlər rənglədikləri kiçik hissələri toplayayaraq meşə mənzərəsinin bir hissəsi olan şam ağacı təsvirini yaratdılar.