"Uşaq Hüquqları Konvensiyası" haqqında açıq dərs
28.11.2019-cu il tarixində məktəb-liseyin informatika müəllimi Mehdixanlı Elgül 7b sinifində "Uşaq Hüquqları Konvensiyası" haqqında açıq dərs təşkil etdi.
Açıq dərsdə uşaq himni video-rolik şəklində izlənildi. Daha sonra Uşaq hüquqları haqqında ümumi məlumat verildi. Birləşmiş Millətlər Təşkilatının Bəyənnaməsini əsas tutaraq: Şagirdlər fərqli dillərdə Uşaq Hüquqları haqqında ümumi məlumatlar verdilər. Daha sonra qrup işi təşkil olundu və müzakirələr əsasında qrup işləri qiymətləndirildi.