Fənn olimpiadalarının ilkin mərhələsi
Məktəb-liseydə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə fənn olimpiadalarının məktəb mərhələsi (bilik yarışı) keçirilib. Olimpiadanın təşkil edilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, fənlərə olan marağın artırılması, öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Fənlər üzrə tapşırıqlar həm Azərbaycan, həm də rus bölmələri üçün nəzərdə tutulmuşdur.