Azərbaycan Respublikasının Konstitusiyası
12.11.2019-cu il tarixində məktəb-liseydə "Azərbaycan Respublikasının Konstitusiyası" mövzusunda dəyirmi masa keçrildi. Məktəb-liseyin tarix müəllimi Natavan Mustafayeva çıxış edərək söylədi ki, Mən Azərbaycanlıyam deyən hər bir vətandaş Azərbaycan Respublikasının Konstitusiyasına əməl etməlidir. Azərbaycan Respublikasının qanunları dünyanın ən ədalətli, vicdanlı qanunlarıdır. Sonra şagirdlər Azərbaycan Respublikasının Konstitusiyası ilə bağlı videoçarxı izlədilər. Şagirdlər Azərbaycan Respublikasının Konstitusiyasının maddələri ilə bağlı ətraflı təqdimatlar etdilər.Sonda məktəb-liseyin direktoru Almaz Bayramova mövzu ilə bağlı çıxış etdi və bildirdi ki, hər bir vətandaş öz vəzifələrini bilməli, Konstitusiyanın bütün qanunlarına əməl etməlidir.