"Əhməd bəy Ağaoğlu jurnalist və ədəbiyyatçı" kimi
07.11.2019-cu il tarixdə məktəb-liseydə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi ilə əlaqədar "Əhməd bəy Ağaoğlu jurnalist və ədəbiyyatçı" kimi mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini A.Əliyeva, UBT sədri S.Alıyeva Azərbaycan dili və Ədəbiyyat müəllimləri, 9, 10-cu sinif şagirdləri iştirak etmişlər. Dəyirmi masa iştirakçıları Əhməd bəy Ağaoğlunun görkəmli jurnalist, tənqidçi,yazıçı, şərqşünas,alim, hüquqşünas, içtimai xadim olduğu haqqında maraqlı fikirlər səsləndirilmişdir. Onun milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, müsəlman şərqində müasirləşmə siyasətinin tərəftarı kimi tanınması mövzusu müzakirə olunmuşdur. Müəllim və şagirdlərin söylədikləri fikirlərə əsasən Ağaoğlunun cəmiyyəti tərəqqiyə səsləyən əsərlərin müəllifi olduğu aydınlaşmışdır. Tədbir boyu videoçarxlar nümayiş etdirilmiş, şagirdlərin hazırladıqları elektron təqdimatlar nümayiş olunmuşdur.