Nəsimi dühası-650 il
“Nəsimi dühası-650 il” adlı tədbir
29 oktyabr 2019-cu il tarixdə məktəb-liseydə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində təqdimat baş tutdu. Təqdimatda giriş nitqi ilə çıxış edən 83 nömrəli məktəb-liseyin müəllimi Samirə Əjdərqızı İmadəddin Nəsiminin yaradıcılığı haqqında danışdı. Daha sonra 83 nömrəli məktəb-lisey, 135 və 248 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə şagirdlərinin ifasında Nəsiminin yaradıcılığında yer alan və Nəsimiyə həsr olunmuş müxtəlif qəzəllər, musiqilər ifa edildi, kompozisiyalar, rəsm əsərləri nümayiş etdirildi. Tədbirin sonunda məktəb-liseyin direktoru Almaz Bayramova təqdimatın hazırlanması, ərsəyə gəlməsi barədə məlumat verdi. Daha sonra Almaz Bayramova sözü YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov verdi. Ramiz Göyüşov çıxış edərək bildirdi ki, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimini orta dövrlərin zülmündən bu günümüzə gətiririk. Şair bizi, biz də şairi dinləyirik. Həyat yoluna nəzər salırıq, yaradıcılığını vərəqləyirik. Öyrənirik, təəssüflənirik, kədərlənirik, qürurlanırıq. İnsanı kamilləşməyə çağıran, ictimai bərabərsizliyə qarşı çıxış, zülmü, istismarı rədd edən humanist sənətkar bu gün də azad, demokratik, tolerant ölkəsində xoşbəxtdir və mənmundur. Bu günkü Azərbaycan gəncliyinin sələfi olan Nəsimi bayrağımıza işarə edərək ona ucalıq və yenilməzlik arzulayır. Tədbirin sonunda xatirə şəkli çəkdirildi.