Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatının görüşü

23.10.2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatının görüşü keçirildi.
Görüşü giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının üzvü, 83 saylı məktəb-liseyin direktoru Almaz Bayramova tədbir iştirakçıları və qonaqları salamladı. Qeyd etdi ki, bugünkü iclasın gündəliyində ərazi ilk partiya təşkilatının sədr müavininin və yeni müraciət edən müəllimlərin üzvülük ərizələrinin baxılması nəzərdə tutulub. Almaz Bayramova ərazi ilk partiya təşkilatının sədr müavinliyinə namizədi təklif etmək üçün sözü ərazi ilk partiya təşkilatının sədri Sevinc Razıyevaya verdi. Sevinc Razıyeva öz növbəsində iclas iştirakçılarını və qonaqları salamladı. Ərazi ilk partiya təşkilatının sədr müavinliyinə, məktəbin ingilis dili müəlliməsi Nuranə İbrahimovanın namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu. Daha sonra bir qrup müəllimin üzvülüklə bağlı məsələsinə baxıldı və qəbul olundu.
Çıxış üçün söz YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşova verildi.
Çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qeyd etdi ki,Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yarandığından, Azərbaycanın taleyini düşünən ziyalılar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Ramiz Göyüşov bildirdi ki, hər dövrdə müəllim adına yüksək qiymət verilmişdir. Zamanında ən yüksək qiyməti ulu öndər Heydər Əliyev “Mən yer üzərində müəllimdən yüksək ad tanımıram” deyərək söyləmişdir. Bugündə müəllim cəmiyyətimizin ən ali, ən nüfuzlu peşə sahibidir. Çünki onlar xalqımıza, dövlətimizə layiqli vətəndaşlar yetişdirirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi