Beynəlxalq Məktəb kitabxanaları günü

Kitab böyük müəllimdir,Sinəsində min aləm var

“Beynəlxalq Məktəb kitabxanaları günü” münasibətilə məktəb-liseydə “Kitab və mən” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada V-IX sinif sinif şagirdləri öz maraqlı təqdimatları ilə çıxış etdilər.Şagirdlər kitaba, mütaliəyə olan həvəs və sevgilərindən, oxuduqları əsərlərin onların dünyagörüşünün, nitqinin, ünsiyyət bacarıqlarının formalaşmasındakı rolundan danışdılar.Sonda məktəb-liseyin direktoru Almaz Bayramova kitab və mütaliənin əvəzolunmaz bilik və məlumat mənbəyi olmağını qeyd edib, şagirdlərə asudə vaxtlarında çoxlu mütaliə etməyi tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi