Bioinformatika
18.10.2019-cu il tarixində məktəb-liseydə KA çərçivəsində "Bioinformatika mövzusunda" müəllim və şagirdlərin alimlərlə görüşü keçirildi. Tədbirdə iştirak edən AMEA-nın şöbə müdiri, biologiya elmləri doktoru professor Ramiz Əliyev, BDU-nun professoru Əziz Məmmədov, Aqrar elmlər üzrə fəlsəfə doktoru AMEA-nın "Genetik ehtiyatlar" institutunun aparıcı elmi işçisi, biologiya və tibb elmləri bölməsinin elmi katibi Məmmədov Afiq, biologiya üzrə fəlsəfə doktoru AMEA-nın "Kompyuter genomiksı" laboratoriyasının aparıcı elmi işçisi, "Bioinformatika" laboratoriyasının müdiri Əmkişiyev Vaqif şagirdlərə elmin sirləri, elm öyrənməyin əhəmiyyəti, müasir dövrdə Azərbaycanda elm sahəsində görülən geniş miqyaslı işlər haqqında ətraflı məlumat verdi. Onlar şagirdlərə Azərbaycanın genetika ehtiyatları, genetik fondun araşdırılması, Bioinformatika sahəsi üzrə maraqlı məlumatlar çatdırdılar. Müəllim və şagirdləri maraqlandıran suallar cavablandırıldı.