31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 98 il ötür. 31 mart 2016-cı il tarixdə 83 nömrəli məktəb-liseydə "31 Mart Azərbaycanlıların soyqırımı günü"nə həsr olunmuş tədbir keçirilmişdir. Əvvəlcə yaşananları unutmamaq, gənc nəsilə tanıtmaq məqsədi ilə bütün siniflər üzrə 1-ci saat dərslər “"31 Mart Azərbaycanlıların soyqırımı günü"nə həsr olundu, şagirdlərin hazırladıqları təqdimatlara baxış keçrildi. 31 Mart soyqırım günü ilə əlaqədar Məktəb-liseyin foyesində təşkil olunmuş “31 Mart Azərbaycanlıların soyqırımı günü” mövzusunda şagirdlərin sinif divar qəzetlərinin xüsusi buraxlışlarına, rəsm əsərlərinə baxış keçrildi. Daha sonra “31 Mart Azərbaycanlıların soyqırımı günü” adlı anım tədbir akt zalında davam etdirildi. İlk olaraq qətlə yetirilmiş günahsız insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Şagirdlərin hazırladıqları videoroliklər nümayiş etdirildi. Məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış edərək ermənilərin xalqımıza qarşı ötən əsrdə dəfələrlə soyqırımlar törətdiyini tarixi faktlarla sadaladı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanı tarixin qaranlıq səhifələrinə işıq salmağa imkan verib. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün mühüm rol oynayır. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.Bu gün 31 mart - Azərbaycanlıların Soyqırımı günü münasibətilə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçiriləcək.Daha sonra anım tədbirdə çıxış edənlər bildiriblər ki, 1918-ci ilin martında Azərbaycan xalqının üzləşdiyi faciə ən dəhşətli cinayətlərdən biridir. Həmin dövrdə Şaumyanın başçılığı ilə bolşeviklər və erməni daşnaklarının Bakı, Şamaxı, Quba, Lənkəran, Salyan, Zəngəzur və Naxçıvanda törətdikləri qanlı terror əməlləri insanlığa qarşı cinayət idi. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetrildi. Bu hadisələrin təşkilatçıları, məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişər. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. Son olaraq tədbiri təşkil edən məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Səbinə Akif qızı bildirdi ki, bütün qan yaddaşımızda iz qoyan bu hadisələr bizi daha da cəsarətli, vətənpərvər, mübariz olmağı öyrədir.Məktəblilərin nümunəvi çıxışları da böyük maraqla qarşılanıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi