“BİLİK GÜNÜ” QEYD OLUNUB
Sentyabrın 16-da 83 nömrəli məktəb-liseydə “Bilik günü” təntənəli qeyd olundu.
Məktəb-liseyin direktoru Almaz Bayramova çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açdı, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs etdi. Məktəb – liseyn direktoru şagirdlərə yeni dərs ilində müvəffəqiyyətlər arzu etdi. Tədbirdə iştirak edən BŞTİ-nin sektor müdiri Anar Qədiməliyev və Binəqədi rayon YAP-nın əməkdaşı Rahil Şükürov şagirdlərə, məktəb-liseyin kollektivinə yeni dərs ilində uğurlar, naliyyətlər arzu etdi.
Sonra ilk zəngin sədaları altında şagirdlər siniflərə daxil oldular.
İlk dərslər ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mutaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə “ Azərbaycan inkişaf yollarında” mövzusuna həsr olundu.