"Mental arifmetika" olimpiadsının qalibləri
83 nömrəli məktəb-liseyin 3 "e" sinif şagirdləri Hacıyev Fərid Rauf oğlu və Qazaxov Bədrəddin Əli oğlu 22-23 iyun 2019-cu il tarixlərdə Türkiyə Respublikasının Antalya şəhərində keçirilmiş "Mental arifmetika" olimpiadsında iştirak etmiş, qaliblər sırasında yer almışlar. Olimpiadanın təşkilat komitəsi Fərid Hacıyevi I dərəcəli, Bədrəddin Qazaxovu isə III dərəcəli SERTİFİKATla təltif etmiş, onlara hədiyyələr təqdim olunmuşdur. Pedaqoji kollektiv qaliblərlə fəxr edir, müəllim və valideynlərini təbrik edir və onlara daha böyük uğurlar qazanmağı arzu edir.