Məktəb-liseydə NOVRUZ şənliyi

15 mart 2016-cı il tarixdə Bakı şəhəri Həbubulla Hüseynov adına 83 №-li məktəb-liseyin idman zalında möhtəşəm Novruz şənlyi tədbir keçirilmişdir. Zal milli adət ənənələrə əsasən bəzədilmiş, rəngarəng xalılar salınmış, hər tərəfə səmənilər, şamlar düzülmüşdür. Bəzədilmiş xonçalarda bütün Novruz atributları var idi. Milli geyimdə zala daxil olan şagirdlər əvvəl baharın gəlişi və adət -ənənələri haqqında məlumat verdilər,yaz və Novruz bayramına aid şeirlər dedilər. Sonra qızlar milli geyimdə rəqs etdilər,səhnəciklər göstərdilər.Novruzun gəlişindən xəbər verən çərşənbələr haqqında məlumat verən şagirdlərimizin hər biri aid olduğu çərşənbələrin rənglərini əks etdirən milli geyimlərdə idilər.Novruzun maraqlı adət ənənələrindən biri olan yumurta döyüşü də qonaqları heyran etdi. Qonaqlara rəngarəng yumurtalar paylandı və onlar yumurta döyüşdürərək tədbirə daha da rəng qatdılar.Sonda Novruzun əsas bəzəyi olan kosa və keçəl səhnəyə çıxdı.Geyimləri ilə gülüş doğuran kosa və keçəlin duzlu-məzəli çıxışları tədbiri daha da şənləndirdi.Tədbirdə məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış edərək, Novruz bayramının YUNESKO tərəfindən 2009-cu il sentyabrın 30-da qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, bu bayramın özəllikləri haqqında danışmış, qonaqları, məktəbin kollektivini, valideyn və şagirdləri bayram münasibətilə təbrik etmişdir. Tədbirdə şagirdlər Novruz adət-ənənələrinə aid şerlər söyləmiş, tamaşalar göstərmişlər. Məktəbin şagirdləri saz və tarda musiqilər ifa etmiş, balaca rəqqaslar öz məharətlərini göstərmişlər. Şənlik şagirdlərin ifasında “Yallı” rəqsi ilə sona çatmışdır. Tədbirin sonunda məktəb-liseyin direktoru Nəbi Mahmudov tədbirin təşkilində və keçirilməsində əməyi olan Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Sevinc Razıyevaya, İradə Əliyevaya,tərbiyə işləri üzrə direktor müavini Aybəniz Əliyevaya,UBTR Səyyarə Əliyevaya,sinif rəhbərləri Günay Zülfüqarovaya, Aynur Əhmədovaya, Sevinc Allahverdiyevaya və s., eləcə də tədbirdə fəal iştirak edən şagirdlərə minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi