7-ci siniflər üzrə fənlərarası bilik yarışması.

14 mart 2016-cı il tarixində 83 №-li məktəb- liseydə yeddinci siniflər arasında fənlərarası bilik yarışması keçirilmişdir.Novruz bayramına təsadüf etdiyinə görə yarışma şagirdlərin bayram təbrikləri və təqdimatları ilə başlamışdır.Məktəbin tarix müəllimi Sevinc Allahverdiyeva və biologiya müəllimi Kəmalə İslamın təşkil etdiyi yarışmada yeddinci siniflərdən qarışıq şəkildə komplektləşdirilmiş dörd komanda öz biliyini sınamışdır. "İntellekt","Zəkalar"," Aydınlıq" və "Təfəkkür" komandaları yarımfinal mərhələsində on fənn üzrə səsləndirilən 10 və 20 ballıq suallara cavab verərək finala vəsiqə qazanmaq uğrunda yarışmışlar.Finala çıxan “Zəkalar” və “Aydınlıq” komandaları 30 ballıq sualları cavablandırmaqla qalib adı uğrunda mübarizəni davam etdirmişlər.Suallar on fənn üzrə məktəbin təcrübəli müəllimləri tərəfindən hazırlanmış və püşkatma ilə seçilmişdir.Yarışmanın hər iki mərhələsində bütün fənnlər üzrə suallar səsləndirilmiş və hər fənn üzrə münsif sualların cavablarını qiymətləndirmişdir.Balların hesablanması zamanı yaranan fasilədə isə zalda əyləşən şagirdlər arasında viktorina keçirilmişdir.Qalib "Zəkalar" komandası , bədii təqdimatda və viktorinada iştirak edən şagirdlər diplomlarla təltif olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi