Məzun Günü keçirilmişdir
14.06.2019-cu il tarixdə 83 nömrəli məktəb-liseydə "Məzun Günü" keçirilmişdir. Tədbirdə məktəb-liseyin direktoru Nəbi Mahmudov məruzə ilə çıxış etmiş, məktəb-liseyin son illər əldə etdiyi nailiyyətlərdən, şagirdlərin buraxılış və ali məktəblərə I qəbul imtahalarının nəticələrini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Tədbirdə iştirak edən dəvətlilərdən YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Rahil Şükürov, AHİ Binəqədi RT-nın sədri Almaz Hacıyeva, valideynlər adından Sevinc Süleymanova söz almış, məzunları, onların valideynlərini və pedaqoji kollektivi təbrik etmiş, məzunlara vətənimizə layiqli övlad olmağı arzulamışlar. İmtahanların nəticələrinə əsasən 600-dən yuxarı bal toplamış məzunlar çıxış etmiş, təhsil aldıqları doğma məktəbə, müəllimlərə təşəkkür etmiş, vətənə layiqincə xidmət edəcəklərini bildirmişlər. Məktəb-liseyin 600-dən yuxarı bal toplamış məzunlara Təşəkkürnamələr təqdim edilmişdir. Tədbir 11-cilərin çıxışları və son zəngin çalınması ilə başa çatmışdır.