İbtidai təhsil səviyyəsi üzrə məzun günü

12 iyun 2019-cu il tarixdə məktəb-liseyin ibtidai təhsil səviyyəsinin son, 4-cü siniflərini bitirən şagirdlərin "Məzun Günü" geçirilmişdir. İlk dəfə keçirilən tədbirdə məktəb-liseyin "Sağlam Təhsil" sinfinin şagirdləri ibtidai təhsil illərində aldıqları bilik, nail olduqları bacarıqları nümayiç etdirmişlər. Tədbirdə MTTM-in əməkdaşı Nigar Şahhüseynbəyova, ATU-nun dosenti Zöhrə İsmayılova, metodist Təranə İsmayılova, valideynlər çıxış etmiş, müəllim və şagirdlərin səviyyəsinin yüksək olduğunu qeyd etmiş, məktəb-müəllim-valideyn əməkdaşlığının yüksək nəticə verdiyini diqqətə çatdırmışlar. Məktəb-liseyin direktoru çıxış edərək şagirdləri, onların valideynlərini təbrik etmiş, ibtidai sinif müəllimləri Həyat Miriyevaya Starə Əliyeva təşəkkür etmiş, şagirdləri diplomlarla təltif etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi