Şagirdlərin peşəyönümü ilə bağlı tədbir keçirilmişdir
Məktəb-liseydə Şagirdlərin peşəyönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə VIII-XI sinif şagirdləri iştirak etmişdir. Dövlət Məşğulluq Xidməti Binəqədi Rayon Məşğulluq Mərkəzinin məsləhətçisi Zemfira Növruzova təqdimatla çıxış etmiş, bugünün və sabahın peşələri barədə məlumat vermişdir. Dövlət Məşğulluq Xidməti Bakı Şəhər Məşğulluq İdarəsinin məsləhətçisi Rəşad Muradov tədbirdə iştirak etmiş, şagirdlərin suallarını cavablandırmışdır. Məktəb-liseyin direktoru Nəbi Mahmudov tədbirin sonunda dəyərli təqdimata və cavablandırmaya görə Rəşad Muradova və Zemfira Novruzovaya təşəkkür etmişdir.