Şagirdlər Akademik Yusif Məmmədəliyev adına NKPİ-də olublar
Məktəb-liseyin bir qrup 8-11-ci sinif şagirdi kimya müəllimi, kimya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Akif Teylinin rəhbərliyi ilə Akademik Yusif Məmmədəliyev adına NKPİ-də olublar. Şagirdlər AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun laboratoriyaları, Yusif Məmmədəliyev Muzeyi ilə tanış olublar. İnstitutun direktoru, kimyaçı alim akademik Vaqif Abbasov şagirdlərə görüşmüş, onları İnstitut həyatı ilə yaxından tanış etmiş, onları maraqlandıran sualları cavablandırmışdır. Sonda Akif Teyli İnstitut kollektivinə, şəxsən Akademik Vaqif Abbasova məktəb-lisey kollektivi adından təşəkkürlərini bildirmişdir.