"Sən şəxsiyyətsən - hədəf deyilsən"

07.05.2019-cu il tarixdə məktəb-liseydə "Narkomaniyaya yox deyək!" devizi altında "Sən şəxsiyyətsən - hədəf deyilsən" mövzusunda ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə şagirdlərin ifasında səhnəciklər göstərilmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzi tərəfindən hazırlanmış video-çarx nümayiş etdirilmişdir. Tədbirdə Bakı ŞTİ-nin və TDM-in əməkdaşları (Xatirə Xudiyeva, Elşad Səfixanov) iştirak etmişdir. Bakı ŞTİ-nin məsləhətçisi Şirindil Əhmədov və TDM-in əməkdaşıElşad .Səfixanov çıxış etmiş, tədbirin əhəmiyyətindən danışmış, şagirdlərin fəaliyyətini yüksək qiymətləndirmiş, müvafiq tövsiyələr vermişlər. Tədbirin sonunda məktəb-liseyin direktoru Nəbi Mahmudov tədbirdə iştirak və çıxış edənlərə təşəkkürlərini bildirmişdir. Tədbirdə fərqlənənlərə TƏŞƏKKÜRNAMƏlər təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi