15 may - Beynəlxalq Ailə Günü
15 may 2019-cu il tarixdə məktəb-liseydə "15 may - Beynəlxalq Ailə Günü" münasibəti ilə şagirdlərin əl işlərindən ibarət SƏRGİ təşkil edilmişdir. Şagirdlər ailə haqqında təsəvvürlərini, düşüncələrini kağız üzərində təsvir etmişlər. onlar "Ailə Hİmni"ni ifa etmişlər. Siniflər üzrə şagirdlər SƏRGİdə nümayiş etdirilən rəsm əsərləri, hekayələrlə tanış olmuşlar. Məktəb-liseyin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, psixoloq və valideynlər iştirak etmiş, onlar şagirdlərin əməyini yüksək qiymətləndirmiş, onlara təhsil uğurları arzulamışlar.