"Zərərli vərdişlər və onların həyatımıza neqativ təsiri" mövzusunda tədbir keçirilmişdir.

23 aprel 2019-cu il tarixdə Azərbaycan Dillər Universitetinin 83 nömrəli məktəb-liseydə pedaqoji təcrübə keçən tələbələrinin və ADU-nun Pedagogika kafedrasının müəllimi Səkinə Hacıyeva, metodist Lalə Rzayeva, Əlavə təhsil və Pedaqoji təcrübə fakültəsinin əməkdaşı Gözəl Məmmədovanın iştirakı ilə "Zərərli vərdişlər və onların həyatımıza neqativ təsiri" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Təhsil fakütəsi, İngilis dili müəllimliyi, 425B qrup tələbələri Hacıyeva Vüsalə, Nəbiyev Sənan, Məmmədova Aynur, Məmmədova Xuraman, İsmayılzadə Fatimə təqdimatlarla çıxış etmiş, şagirdlərə siqaret çəkməyin, alkoqollu içkilərə və narkotik vasitələrə aludəçiliyin insan həyatına vurduğu zərərlərdən geniş məlumat vermiş, onları bu cür zərərli vərdişlərdən qaçmağa səsləmişlər.

Tədbirin sonunda məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış etmiş ADU-nun rəhbərliyinə, pedaqoji təcrübə rəhbərlərinə və təələbələrə məzmunlu çıxışlarına görə təşəkkür etmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi