"7 sual - 7 cavab" viktorinası keçirilmişdir
18 mart 2019-cu il tarixdə 83 nömrəli məktəb-liseyin akt zalında məktəb-liseyin riyaziyyyat müəllimləri Vəfa Sadıxovanın, Limunə İsayevanın rəhbərliyi ilə ADPU-nun riyaziyyat və informatika fakültəsinin təcrübəçi tələbələrinin fəal iştirakı ilə "7 sual - 7 cavab" adlı riyazi Viktorina keçirilmişdir. Tusi komandası I, LütfiZadə komandası isə II yerə layiq görülmüşdür. Qalib komandalar və müəllimlər Diplomlarla mükafatlandırılmışlar.