"Xocalı soyqırımı – XX əsrin faciəsi " adlı anım mərasımi
Bakı şəhəri üzrə Təhsil İdarəsinin15.02.2016-ci il tarixli 78 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq 83 nömrəli məktəb-liseydə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir. 26 fevral 2016-cı ildə məktəb-liseydə Xocalı faciəsində yaşananları unutmamaq, gənc nəsilə tanıtmaq məqsədi ilə bütün siniflər üzrə 1-ci saat dərslər “Xocalı sotyqırımı – XX əsrin faciəsi” nə həsr olundu, şagirdlərin hazırladıqları təqdimatlara baxış keçrildi. Məktəb-liseyin foyesində təşkil olunmuş “Xocalı soyqırımı – XX əsrin faciəsi” mövzusunda şagirdlərin sinif divar qəzetlərinin xüsusi buraxlışlarına, rəsm əsərlərinə baxış keçrildi. Şagirdlər Xocalı faciəsini, onun yaratdığı pislikləri, doğurduğu rezonansı quaş, sulu boya, karandaş,tuş və s. materiallardan məharətlə istifadə edərək ağ kağız üzərində faciənin real görüntülərini yaratmışdılar.Daha sonra “Xocalı şagirdlərin gözü ilə” adlı anım tədbir akt zalında davam etdirildi. Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Şagirdlər Xocalı şəhidlərinə yazılmış şeirlər söylədilər,videoroliklər nümayiş etdirildi. Məktəb-liseyin direktoru Nəbi Mahmudov ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışdı.O, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu bildirdi. "Xocalı faciəsi"nin 24-cü ildönümünə həsr olunmuş tədbirlərin yekunu olaraq 83 nömrəli məktəb-liseyin pedaqoji kollektivinin iştirakı ilə "Xocalı soyqırımı abidəsi" ziyarət olundu, abidə önünə tər qərənfillər düzüldü.