Xocalı soyqırımının 27-ci ildönümü qeyd edilmişdir.
26.02.2019-cu il tarixdə məktəb-liseydə ilk dərslər Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmişdir. Eyni zamanda həftə ərzində "Xocalı faciəsi uşaq yaradıcılığında" mövzusunda şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilmiş və onların ifasında "Xocalı harayı" mövzusunda ədəbi-bədii kompozisiya keçirilmişdir. Tədbirdə məktəb-liseyin tarix müəllimi Natavan Mustafayeva "Xocalıya gedən yol" mövzusunda məruzə etmişdir.