"Beynəlxalq Ana Dili Günü" münasibəti ilə tədbir keçirilmişdir
21 fevral 2019-cu il tarixdə məktəb-liseyin akt zalında "Ana Dilim - Doğma Dilim" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə şagirdlər Ana dilinin yaranmasından, onun qorunub saxlanmasından, hələ sovetlər dönəmində istiqamətdə Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişlər. Tədbir ədəbi-bədii kompozisiya ilə ilə davam etdirilmişdir. Tədbirin hazırlanmasında əməyi olan müəllim və şagirdlərə təşəkkür elan edilmişdir.