“Doğma Ana dilim” adlı ədəbi-bədi kompozisiya
21 fevral bütün dünyada “Beynəlxalq Ana Dili Günü” kimi qeyd olunur.Bu tarixi hadisə Banqladeş səfirinin təşəbbüsü ilə həyata keçirilib.Belə ki,Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsünü nəzərə alaraq fevralın 21-ni “ Beynəlxalq Ana Dili Günü” elan edib. Həmin tarixi hadisə ilə bağlı 22 fevral 2016-cı il tarixində Bakı şəhəri 83 nömrəli məktəb-liseyin akt zalında Azərbaycan dili və ədəbiyyat müəllimi Mehri Quliyevanın 7ç sinfi ilə birgə hazırladığı “Doğma Ana dilim” adlı ədəbi-bədi kompozisiya keçirilmişdir. Tədbirdə məktəb-liseyin direktoru Nəbi Mahmudov,təlim-tərbiyə işləri üzrə direktor müavini İradə Əliyeva,tərbiyə işləri üzrə direktor müavini Aybəniz Əliyeva,müəllimlər və digər qonaqlar iştirak etmişdilər. Məktəb-liseyin direktoru çıxış edərək Azərbaycan dili və ədəbiyyat müəllimi Mehri Quliyevaya və 7ç sinif şagirdlərinə bu gözəl ədəbi-bədi kompozisiyanın hazırladığlarına görə öz təşəkkürünü bildirdi,işlərində uğurlar arzuladı. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.