Qabaqcıl təhsil işçisi
Azərbaycan Respublikasının təhsil naziri hörmətli Ceyhun Bayramovun əmri ilə 83 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Rəna Xəlil qızı Rzayeva "Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi" adına layiq görülmüşdür. Rəna Rzayeva ümumtəhsil məktəblərində təhsilalanların riyaziyyatdan fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi ilə bağlı 4 metodik vəsaitin müəllifidir. Rəna müəllimi təbrik edir, ona nailiyyətlər arzulayırıq.