Bayram tədbiri keçirilmişdir
28.12.2018-ci il tarixdə 83 nömrəli məktəb-liseydə "31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il" münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış etmiş, Ulu öndər tərəfindən 31 dekabrın "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi təsis edilməsindən, Azərbaycançılıq məfkurəsinin inkişafından, harada olmasından asılı olmayaraq hər bir azərbaycanlının vətəninin Azərbaycan olduğunu söylədiyini qeyd etmişdir. O, Ulu öndərin ideyalarının müasir Azərbaycan dövlətinin Başçısı, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, I Vitse-Prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla xanım Əliyevanın doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə fəaliyyətlərinin hər bir vətəndaş tərəfindən təqdir olunduğunu vurğulamışdır. Tədbir şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etmişdir.