Mir Cəlal Paşayevin 110 illiyi qeyd edilmişdir.
Bu gün 83 nömrəli məktəb-liseyda yazıçı, ədəbiyyatşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar Elm xadimi, Lenin komsomolu mükafatının fəxri laureatı, filologiya elmləri doktoru, professor Paşayev Mir Cəlal Əli oğlunun anadan olmasının 110 illiyi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə məktəb-liseyn direktoru Nəbi Mahmudov çıxış etmiş, Böyük Ədibin əsərlərinin ədəbiyyatşünaslığın inkişafında, gənc nəslin tərbiyə edilməsində əhəmiyyətli rol oynadığını qeyd etmiş, tədbirin hazırlanmasında fəal iştiraklarına görə müəllimlərdən Təranə Allahverdiyeva, Aynur Əhmədova, Rəna Vəliyevaya, tədbirin aparıcısı Nərmin Kərimliyə təşəkkür etmişdir. Tədbir şagirdlərin ifasında Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindən səhnəciklər göstərilməklə davam etmişdir.