"Sağlam qida - sağlam nəsil" layihəsinin “Sağlam həyat tərzi” adlı II mərhələsinin növbəti təqdimatı
11.02.2016 - cı il tarixində “Pətək” İB nin Təhsil Nazirliyinin dəstəyi və TİKA ilə birgə həyata keçirdiyi "Sağlam qida - sağlam nəsil" layihəsinin “Sağlam həyat tərzi” adlı II mərhələsinin növbəti təqdimat görüşü Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseydə keçirildi. Görüşdə 6, 7, 8 - ci siniflərin fəalları və “Sağlam olaq” klubunun üzvləri iştirak etdi.Əvvəlcə uşaqlara qruplara bölünərək sağlam həyat tərzinə təsir edən müsbət və mənfi amilləri təsvir etmək tapşırıldı. Şagirdlər öz fikirlərini kağız üzərində çox dolğun əks etdirdilər.