Lütfi Zadə - 95

4 fevral 2016-cı il tarixdə ABŞ-ın Kaliforniya ştatındakı Berkli Universitetinin professoru Lütfi Zadənin anadan olmasının 95 illiyinə həsr olunmuş “Lütfi Zadə - məktəblilərin gözü ilə” adlı tədbir keçirilmişdir. Tədbir məktəb-liseyin riyaziyyat müəllimi Vəfa Sadıxovanın rəhbərliyi ilə hazırlanmışdır. Tədbirdə Lütfi Zadənin 95 il öncə Bakı şəhərində anadan olduğu, 10 yaşınadək Bakıda yaşadığı və təhsil aldığı, 1931-ci ildə ailəsi ilə birlikdə İrana köçdüyü, İranda və sonra isə ABŞ-da Massaçuset Texnlogiya İnstitutunda oxuduğu, doktorluq dissertasiyası müdafiə etdiyi, 1965-ci ildə Qeyri-səlis çoxluğa, qeyri-səlis məntiqə aid ilk məqaləsinin çap olunduğu, lakin onun elm aləmində o qədər də müsbət qarşılanmadığı, bir müddət sonra tətbiq sahələrini tapdığı, bu nəzəriyyənin elmin bütün sahələrinə sirayət etdiyi, yeni elmi eranın – Zadə elminin əsasının qoyulduğu və s. vurğulandı. Məktəblilər onun həyatından, həmçinin elmi yaradıcılığının müəyyən sahələrindən, müəyyən elm sahələrində tətbiqlərindən nümunələr söylədilər. Dünya şöhrətli alimin, sağlığında “Dünyanın əbədi professoru” adına layiq görülmüş dahi azərbaycanlının həyat və fəaliyyətinin, elmi irsinin ölkəmizdə öyrənildiyi, onun yüksək qiymətləndirildiyi, adına Akademiyanın, Assosiasiyanın açıldığı və həmin müəssisələrdə elmi tədqiqatların, araşdırmaların aparıldığı, həmçinin 15 il əvvəl də bu məktəb-liseydə ilk dəfə olaraq onun 80 illik yubileyinin keçirildiyi və adına İnformasiya texnologiyaları” kabinetinin yaradıldığı qeyd edildi. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi