"9 noyabr - Bayraq Günü"dür"

8.11.2018-ci il tarixdə 83 nömrəli məktəb-liseydə "9 noyabr - Bayraq Günü" münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə 10-cu sinif şagirdi Xumar Mirzəyeva "Azərbaycan Bayrağı qrurur mənbəyimizdir" mövzusunda təqdimatla çıxış etmişdir. O, Azərbaycan Bayrağının yaranma tarixinə ekskurs etdi. Məktəb-liseyin direktoru çıxış edərək müsəlman dünyasında ilk müstəqil dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Dövlət atributları, təxminən 70 ildən sonra ilk dəfə üçrəngli Bayrağımızın Naxçıvan Muxtar Respublikasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan MR-in dövlət bayrağı kimi qəbul olunması, Ulu öndərin layiqli davamçısı İlham Əliyevin Sərəncamı əsasında Dövlət Bayraq Meydanının və Muzeyinin yaradılması, Prezidentin Azərbaycan Bayrağına diqqət və qayğısının təzahürü olaraq Respublikanın bütün şəhər və rayon mərkəzlərində Bayraq Meydanlarının, həmçinin Dövlət Bayraq museylərinin yaradıldığı barədə məlumat verdi. O, ölkə başçısına böyük diqqət və qayğıya görə kollektiv adından minnətdarlığını bildirdi. Tədbir şagirdlərin ifasında Bayraq haqqında şeir və mahnılarla yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi