Təqdimat aparılmışdır

30.10-02.11.2018-ci il tarixlərdə 83 nömrəli məktəb-liseyin akt zalında Azərbaycan və rus bölmələrinin buraxılış siniflərinin şagirdləri ilə "2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli (tapşırıqların sayı)" mövzusunda təqdimat aparılmışdır. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Nizami Ağayev və Sevinc Raziyeva çıxış etmiş, şagirdləri maraqlandıran sualları cavablandırmışlar. Məktəb-liseyin direktoru buraxılış imtahanlarının yeni modellə aparılmasının əhəmiyyətini qeyd etmiş, direktor müavinlərinə təşəkkür etmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi