"Bilik Günü" qeyd olundu
Azərbaycan Respublikasının təhsil naziri cənab Ceyhun Bayramovun müvafiq əmrinə əsasən 15.09.2018-ci il tarixdə Respublikamızın bütün ümumi təhsil məktəblərində, o cümlədən bizim məktəb-liseydə "15 sentyabr - Bilik Günü" münasibəti ilə bağlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin canlı oxunuşu ilə başladı. Məktəb-liseyin direktoru, Binəqədi RİH Gənclər və İdman İdarəsinin müdir müavini şagirdləri, valideynləri, ictimaiyyətin nümayəndələrini təbrik etdilər, onlara ölkəmizin gələcəyi naminə uğurlu fəaliyyət arzuladılar. Birincilər şeirlər söylədilər, ilk zəng çalındı, şagirdlər məktəblə, sinif otaqları ilə tanış oldular.