"Son Zəng" keçirildi
14 iyun 2018-ci il tarixdə 83 nömrəli məktəb-liseydə "Əlvida məktəbim" adlı "Son Zəng" tədbiri keçirilmişdir. Tədbirdə məktəb-liseyin 11-ci sinif şagirdləri, onların valideynləri, Bİnəqədi Rayon Gənclər və İdman İdarəsinin müdir müavini Sevinc Süleymanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi İLahə Talıbova, Binəqədi rayon Veteranlar Şurasının sədri Telman Hətəmov iştirak etmişdir.
Tədbir "Azərbaycan Respublikasının Himni"nin ifası ilə açıldı. Tədbirdə məktəb-liseyin direktoru Nəbi Mahmudov tədris ocağının illik fəaliyyəti ilə bağlı yığcam hesabat verdi. O, Ulu öndərin arzularının həyata keçirildiyini, Onun təhsil siyasətinin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Tədbirdə Sevinc Süleymanova, Telman Hətəmov, valideynlər adından Natiq Əliyev, məzunlar adından Kamal Babayev çıxış etdilər. Çıxış edənlər şagirdləri təbrik etməklə, məktəb-lisey pedaqoji kollektivinə minnətdarlıqlarını bildirdilər və məzunlara nailiyyətlər arzuladılar. Tədbirin sonunda təşkilində əməyinə görə təşkilatçı Aybəniz Əliyevaya təşəkkür elan edildi.