“Milli qəhrəmanlarımız qan yaddaşımızdır” mövzusunda ədəbi-bədii tədbir keçirilmişdir

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar 18 yanvar 2016-cı il tarixində Bakı şəhəri Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynov adına 83 nömrəli məktəb-liseydə “Milli qəhrəmanlarımız qan yaddaşımızdır” mövzusunda ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Seymur Hacıyev, Respublika Müharibə Veteranları Şurasının sədr müavini Əliş Quliyev, Nəbi Hacıyev, Binəqədi rayon Veteranlar Təşkilatının sədri Telman Hətəmov iştirak etmişdir. Onlar əvvəlcə məktəb-liseyin foyesində təşkil olunmuş sərgiyə baxmışlar. Sərgidə şagirdlərin “20 Yanvar qan yaddaşımızdır” mövzusunda əl işləri nümayiş etdirilmişdir. Sonra isə tədbir rəsmi və bədii hissələrlə davam etdirilmişdir. Məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Ağayeva “Milli qəhrəmanlarımız qan yaddaşımızdır” mövzusunda məruzə ilə çıxış etmişdir. O, Azərbaycanın dinc vətəndaşlarına qarşı törədilmiş faciənin səhəri günü Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsi, SSRİ-nin o vaxtkı rəhbərliyini obyektiv tənqid etməsi, hadisələrə vaxtında və düzgün siyasi qiymət verməsi ilə bağlı məlumat vermişdir. Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra 20 yanvar hadisələrinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verildiyini və bu gün Heydər Əliyev siyasi kursunun möhtərəm Prezidentimiz, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Şagirdlərin ifasında bədii hissə təqdim edildi. Tədbirin sonunda qonaqlar çıxış etdilər, tədbiri yüksək səviyyədə hazırladıqları və təqdim etdikləri üçün məktəb-liseyin müəllim və şagird kollektivinə dərin təşəkkürlərini bildirdilər, xatirə şəkli çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi