"1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" qeyd edildi

31 may 2018-ci il tarixdə 83 nömrəli məktəb-liseyin akt zalında "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə tədbir keçirilmişdir. 

Tədbirdə məktəblilər "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə bağlı təqdimatlar etmiş, səhnəciklər göstərmiş, konsert proqramı ilə çıxış etmişlər. Binəqədi Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Elnur Məmmədov çıxış edərək "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə bağlı fikirlərini bildirmiş, məktəb-liseydə şagirdlərin hüquq və azadlıqlarının qorunmasına ciddi önəm verildiyini vurğulamışdır. Tədbirin sonunda məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış etmiş, tədbirin təşkilatçılarına - təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Raziyevaya, biologiya müəllimi Nuranə İbrahimovaya, şagirdlərə və valideynlərə təşəkkür etmiş, tədbirdə fərqlənən şagirdləri, "Mədinə" rəqs qrupunu və təşkilatçıları "Fəxri-Fərmanlarla təltif etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi