AXC-nin 100 illiyi qeyd edildi

24 may 2018-ci il tarixdə 83 nömrəli məktəb-liseyin akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr edilmiş "100 il əvvəl Şərqdə bir Günəş doğdu" adlı tədbir keçirilmişdir. Tədbirin aparıcıları AXC-nin yaranma tarixi, 23 aylıq fəaliyyəti, 71 ildən sonra dövlət müstəqilliyinin bərpası, onun əbədi, dönməz və sarsılmazlığının təmin edilməsində Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, Ümummilli liderin siyasətinin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın inkişaf edən, çiçəklənən bir diyara çevrildiyi barədə məlumat verdilər. Tədbirdə Rəfibəylilər nəslinin layiqli davamçısı, ədliyyə general-mayoru, Binəqədi rayon ağsaqqallar şurasının sədri, hörmətli el ağsaqqalı Akif Rəfiyev Cümhuriyyətlə bağlı fikirlərini bölüşdü. O, Cümhuriyyət qurucularının və ailələrinin başına gətirilən müsibətlərdən və onların çox məşəqqətli həyat yaşamalarına baxmayaraq bu yoldan dönməz olduqlarını vurğuladı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi, 248 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edən Xəyyam Fərəcov bu tədbirin əhəmiyyətini, onun şagirdlərdə Vətənə, Vətən torpağına, insanlığa məhəbbət hissi formalaşdırdığını qeyd etdi. Tədbirin sonunda məktəb-liseyin direktoru Nəbi Mahmudov AXC-nin yaranması, fəaliyyəti, dövlət müstəqilliyinin bərpası, onun əbədi edilməsində Ulu öndərin rolu, Onun siyasətinin cənab Prezident tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın inkişaf edən ölkəyə çevrildiyi, dünya birliyində nüfuz sahibi olmasını, öncül yer tutduğunu diqqətə çatdırdı. O, tədbirdə iştirak etdiklərinə görə Akif Rəfiyevə, Telman Hətəmova, Xəyyam Fərəcova minnətdarlığını bildirdi və tədbirin hazırlanmasında əməyi olanlara təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi