Təqdimat keçirilmişdir
17 və 18 may 2018-ci il tarixlərdə məktəb-liseyin akt zalında valideynlər qarşısında təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Raziyeva "Оценивание, основанное на критериях" və tərbiyə işləri üzrə direktor müavini Aybəniz Əliyeva "Meyarlara əsaslana qiymətləndirmə" mövzularında təqdimatlarla çıxış etmişlər. Məktəb-liseyin direktoru Nəbi Mahmudov şagirdlərin şəxsiyyət kimi formalaşmasında məktəb-valideyn əlaqələrinin əhəmiyyətindən danışmış, ümumtəhsil məktəblərində tətbiq olunan yeni qiymətləndirmə sisteminin üstünlükərini nümunələr əsasında izah etmiş və valideynləri maraqlandıran sualları cavablandırmışdır.