Valideynlər üçün məlumat kitabçası
Bu günlərdə "Müəllim" nəşriyyatı tərəfindən "Оценивание, основанное на критериях" (авторы: Махмудов Н.М, Разиева С.Г.) və "Meyarlara əsaslanan qiymətləndirmə" (müəlliflər: Mahmudov M.M., Raziyeva S.H., Sadıxova X.F.) adlı vəsaitlər çap olunmuşdur.
Valideynlər üçün nəzərdə tutulmuş bu vəsaitlərdə ölkəmizin ümumi təhsil sistemində aparılan islahat çərçivəsində valideynlərin nələri bilmələri, nələrə diqqət yetirmələri, övladlarına necə dəstək olmaları, müəllimlə ünsiyyətində ən çox hansı məqamları önə çıxarmaları, həmçinin müəllimin şagirdi qiymətləndirməsi, şagirdin özünü və yoldaşını qiymətləndirməsi barədə nümunələrə əsaslanan məlumat verilir.