"Ailə Günü" qeyd edilib

15 may 2018-ci ildə 83 nömrəli məktəb-liseydə "15 amay - Beynəlxalq Ailə Günü" münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdə məktəb-liseyin şagirdləri, valideynlər və müəllimlər iştirak etmişlər.

Tədbirdə şagirdlərin ifasında müasir ailəni təcəssüm etdirən səhnəciklər göstərilmiş, videoçarx nümayiş olunmuşdur.

Tədbirin sonunda məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış edərək gənc nəslin təlim və tərbiyəsində ailənin əvəzsiz rolundan danışmış, valideynlərin hüquq və vəzifələrini bir daha xatırlatmış, övladlarımızın gələcəyinin bu gün verdiyimiz tərbiyə və təhsildən ciddi şəkildə asılı olduğunu vurğulamışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi